Logo

Kamran Əsədov: Ekologiyanı pozan universitetlərimiz

29.10.2024 12:43 111 baxış
IMG

Azərbaycan universitetləri ekoloji və davamlılıq sahələrində dünya reytinqlərində ciddi mövqeyə sahib deyil. Times Higher Education (THE) (Climate) reytinqi və GreenMetric kimi dünya ekoloji reytinqlərində Azərbaycanın bəzi universitetləri iştirak etsə də, nəticələri zəifdir.

THE-nin təsir reytinqində son illərdə Azərbaycan universitetlərindən cəmi 18-i sosial və ekoloji göstəricilər üzrə məlumat paylaşmağa başlayıb. Məsələn, ADA Universiteti, Sumqayıt Dövlət Universiteti kimi müəssisələr iqlim fəaliyyətini proqramlarına daxil etməyi planlaşdırır, lakin onların dünya səviyyəsində mövqeləri hələ də çox aşağıdır və onların kampus ekoloji layihələrini genişləndirməyə ehtiyacları var.

GreenMetric reytinqinə əsasən, Azərbaycanın bir neçə universiteti enerji, su təchizatı, tullantıların idarə olunması sahələrində müəyyən fəaliyyətlər həyata keçirsə də, əsasən Avropa və Şimali Amerika universitetləri ilə müqayisədə çox geridə qalır. GreenMetric 2023-ci ilin məlumatlarına görə UNEC, Qərbi Kaspi Universiteti, Neft və Sənaye Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti kimi ali məktəblər müəyyən mövqelərə sahib olsa da, regional və qlobal təsirləri yetərli deyil  .

Müqayisə üçün qeyd edim ki, Gürcüstanda Tbilisi Dövlət Universiteti ekoloji mərkəzlərə və təhsil proqramlarına investisiya qoyur. Türkiyədə Boğaziçi Universiteti yaşıl enerji layihələri ilə tanınır, Rusiya və İranda Moskva Dövlət Universiteti və Tehran Universiteti isə sıfır karbon emissiyası və iqlim dəyişikliyi araşdırmaları sahəsində irəliləyiş əldə ediblər  .

Azərbaycan universitetlərinin ekoloji reytinqlərdə mövqelərini yüksəltmək üçün ekoloji layihələrə daha çox investisiya qoyması, enerji və su istifadəsini optimallaşdırması və tələbələri ekoloji problemlərlə bağlı daha çox maarifləndirməsi vacibdir.

Xəbər lenti