Logo

Eşqi Bağırov: Təxminən 100 min uşaq məktəbəqədər təhsil müəssisələrində təlim-tədrisə cəlb edilib

29.10.2024 12:59 342 baxış
IMG

“Hazırda ölkəmizdə bağçayaşlı uşaqların məktəbəqədər təhsilə cəlb olunma göstəricisi 35 faiz təşkil edir”.

TƏHSİL.BİZ  xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin 1 illik fəaliyyətinə dair bu gün təşkil olunan brifinqdə Agentliyin direktoru Eşqi Bağırov deyib.

O bildirib ki, məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi qarşıya qoyulan əsas hədəflərdəndir: “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda məktəbəqədər təhsilə cəlb olunmuş uşaqların 1-5 yaşlılara nisbətinin 50 faizə çatdırılması nəzərdə tutulub. Bu istiqamətdə bağça infrastrukturunun daha da yaxşılaşdırılması diqqət mərkəzində saxlanılır. Yeni məktəbəqədər təhsil müəssisələrinin istifadəyə verilməsi təlim-tədris prosesinin daha keyfiyyətlə həyata keçirilməsinə xidmət edir. Məktəbəqədər təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi prosesin daha keyfiyyətli aparılmasına təkan verən əsas amillərdəndir. Hazırda ölkə ərazisində 1674 dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Təxminən 100 min uşaq məktəbəqədər təhsil müəssisələrində təlim-tədrisə cəlb edilib”.

Xəbər lenti