Mingəçevir Dövlət Universitetində (MDU) ətraf mühitin mühafizəsi və ekoloji problemlərin həlli istiqamətində mühüm tədbir – “Yaşıl həmrəylikdən təhlükəsiz gələcəyə doğru” ekoloji forumu keçirilib.
Universitetdən TƏHSİL.BİZ -ə bildirilib ki, forum Mingəçevir Şəhər İcra Hakimiyyəti, Mingəçevir Dövlət Universiteti və Mingəçevir Regional ASAN Xidmət Mərkəzinin təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Məşğulluq Agentliyi, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsi, Mingəçevir Regional Turizm İdarəsi və Yaşıl ASAN proqramının tərəfdaşlığı ilə baş tutub.