Türkiyənin Ege Universiteti ilə Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) arasında həyata keçirilən beynəlxalq ikili diplom proqramı çərçivəsində ADAU-da təhsil alan tələbələr üçün “Karyera görüşləri” layihəsi çərçivəsində növbəti görüş keçirilib.
Bu barədə TƏHSİL.BİZ -ə universitetdən məlumat verilib. Bildirilib ki, layihənin məqsədi tələbələrə uğurlu məzunların tanışlığı ilə yanaşı, istehsal sahəsindən gələn mütəxəssislərlə tələbələr arasında sağlam mühit formalaşdıraraq, peşə motivasiyalarını yüksəltməkdir.
Qonaqlar - Ege Universitetinin məzunları, kənd təsərrüfatı mütəxəssisləri Tufan Tümer, Bülent Mutaf və Kamran Abdullayev təcrübələri, gənclər üçün müasir dövrdə yaranan fürsətlər və şəxsi inkişaf barədə fikirlərini səsləndiriblər.
Sonda tələbələrin sualları cavablandırılıb.