Logo

ADPU Kiber Klub infosessiya keçirib

30.10.2024 11:07 27 baxış
IMG

Oktyabrın 29-da Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsi (ADPU THİK) və ADPU Kiber Klubun birgə təşkilatçılığı ilə “Kibertəhlükəsizlik nədir” mövzusunda “İnfo Sec ADPU” məlumatlandırma sessiyası keçirilib.

Sessiyanı giriş sözü ilə açan ADPU-nun sosial və humanitar məsələlər üzrə prorektoru professor Fikrət Rzayev müasir dövrdə geniş yayılmış kiber təhlükələrə qarşı bu cür maarifləndirmə tədbirlərinin vacibliyi barədə danışaraq, Pedaqoji Universitetin gənclər üçün səmərəli və maarifləndirici olan bu kimi müsbət təşəbbüsləri daim dəstəklədiyini vurğulayıb.

Azərbaycan Kibertəhlükəsizlik Platformasının rəhbəri Şahin Əliyev və Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının İdarə Heyətinin sədr müavini Rauf Cabarov çıxış edərək, ölkədə dövlət və qeyri-hökumət təşkilatları tərəfindən kibermaarifləndirmə sahəsində həyata keçirilən tədbirlərdən bəhs ediblər.

Çıxış edən Kiber Təhlükəsizlik Platformasının müəllimi Sadiq Qasımov kibertəhlükəsizlik sahəsində mövcud təhdidlər və bu təhdilərin texniki tərəfləri barədə tələbələrə məlumat verib.

Platformanın əməkdaşı Rza Şirinov və Paşa Bankın informasiya riskləri üzrə mütəxəssisi Elviyya Babazadə isə mövcud kibertəhlükələrdən qorunma yolları barədə danışıblar.

Sonda ADPU Kiber Klubun rəhbəri Cəmilə Qurbanova yeni yaradılmış klub tərəfindən kibertəhlükəsizlik sahəsində gənclərin maarifləndirilməsinə yönəlmiş tədbirlərin davamlı olaraq təşkil ediləcəyini vurğulayıb.

Xəbər lenti