Logo

Türkiyədə beynəlxalq simpoziumda Azərbaycan alimlərinin məruzələri dinlənilib

30.10.2024 15:26 25 baxış
IMG

Türkiyənin Qəhrəmanmaraş şəhərində Atatürk Mədəniyyət, Dil və Tarix Yüksək Qurumunun rəhbərliyi ilə “Yazılışının 950-ci ildönümündə beynəlxalq “Divanü lüğat-it-türk” Simpoziumu keçirilib.

AMEA Nəsimi adına Dilçilik İnstitutundan TƏHSİL.BİZ -ə bildirilib ki, simpozium 2 gün davam edəcək.

Simpoziumun açılışında Türk Dil Qurumunun sədri professor Osman Mərt, Azərbaycan Atatürk Mərkəzinin sədri akademik Nizami Cəfərov, Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli çıxış edərək “Divanü lüğat-it-türk”ü keçmişimizi, dilimizi, kimliyimizi, tariximizi öyrənmək baxımından qiymətli əsər kimi səciyyələndiriblər.

Simpoziumun bölmələrindən birinə - Kaşğarlı Mahmud salonuna professor Nadir Məmmədli moderatorluq edib.

Həmçinin simpoziumda Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru professor Mahirə Hüseynova və Müasir Azərbaycan dili kafedrasının müdiri filologiya elmləri doktoru Könül Səmədovanın məruzələri dinlənilib.

Xəbər lenti