Logo

Ümumi müsahibələrin keçirilmə qrafiki müəyyən edilib

30.10.2024 16:16 26 baxış
IMG

Sentyabrın 16-da elan olunmuş ümumi müsahibələrin keçirilmə qrafiki müəyyən edilib.

Dövlət İmtahan Mərkəzindən (DİM) TƏHSİL.BİZ -ə bildirilib ki, elan üzrə ümumi müsahibəyə 102 dövlət orqanında mövcud olan 491 vakant vəzifə çıxarılıb. Həmin vəzifələr üzrə qeydiyyatdan keçmiş 701 namizədlə 846 müsahibənin keçirilməsi planlaşdırılır.

Ən yüksək müsahibə sayı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Əmlak Məsələləri Dövlət Xidmətinin Aparatı, Ərazi və tabeli qurumlarla iş şöbəsi, Ərazi qurumları ilə iş sektoru, aparıcı məsləhətçi (1 vakant yer üzrə 40 nəfər) və Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin Aparatı, Humanitar və sosial məsələlər şöbəsi, aparıcı məsləhətçi (1 vakant yer üzrə 36 nəfər) vəzifəsi üzrə yaranıb.

Müsahibələrin noyabrın 5-dən 2025-ci il yanvarın 21-dək keçirilməsi nəzərdə tutulur. Müsahibədə iştirak üçün qeydiyyatdan keçmiş namizədlər müsahibənin vaxtı və yeri haqqında daha ətraflı məlumatı DİM-in saytından əldə edə bilərlər.

Nəzərə almaq lazımdır ki, müsahibələrin təşkili və keçirilməsi üçün Dövlət İmtahan Mərkəzi və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur. Namizədlərin diqqətinə çatdırılır ki, onların müsahibədə iştirak etməmələri üzrlü hal kimi qəbul olunmur, namizədlərin məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar Mərkəzin məlumat bazasında qeydiyyata alınır.

Namizəd bir gün əvvəl saat 16:00-dək müsahibələrin keçirilmə qrafikində şəxsi kabinetinin nömrəsini seçib açılan müraciət formasında “İMTİNA” düyməsini basmaqla iştirakdan imtina edə bilər. Namizədlərdən ən azı 30 dəqiqə əvvəl müsahibələrin keçiriləcəyi binaya yaxınlaşmaları xahiş olunur.

Xəbər lenti