2024-2025-ci tədris ilində Azərbaycanda 6421 nəfər evdə təhsilə cəlb olunub.
Bunu TƏHSİL.BİZ -ə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Xüsusi təhsil sektorunun müdiri Anar Xələfov deyib.
Onun sözlərinə görə, hazırda ölkədə ümumilikdə 11676 nəfər evdə təhsil alır.
Qeyd edək ki, “Sağlamlıq imkanları məhdud olan şəxslərin təhsili (xüsusi təhsil) haqqında” qanuna əsasən, evdə təhsil sağlamlıq vəziyyətinə görə təhsil müəssisəsində təhsil almaq imkanı olmayan şəxslərin müvafiq təhsil-müəssisəsinin pedaqoji işçiləri vasitəsilə ümumtəhsil proqramlarını evdə mənimsəməsidir.