31 oktyabrda ARTİ-nin Elmi-pedaqoji kadrların hazırlanması şöbəsi tərəfindən 2024-cü ildə doktoranturaya qəbul olmuş fəlsəfə və elmlər doktoru proqramları üzrə doktorant və dissertantlar üçün “İxtisasa giriş” adlı ilk seminar təşkil edilib.
Tədbirdə doktorant və dissertantlara seminarın məqsədi, təhsil müddəti ərzində görəcəkləri işlər, onları gözləyən mərhələlər barədə geniş məlumat verilib.
Elmi-pedaqoji kadrların hazırlanması şöbəsinin müdiri, professor Hümeyir Əhmədov ilk olaraq 2024-cü ildə həyata keçirilən doktoranturaya qəbul prosesi, nəticələri və yekun barədə məlumat verib. Daha sonra isə fəlsəfə və elmlər doktoru elmi dərəcəsinin verilməsi üçün normativ sənədlər, fəlsəfə və elmlər doktoru elmi dərəcəsi iddiaçılarına dair tələblər, qarşıda duran işlər, doktorantın yol xəritəsi haqqında əhatəli danışıb.
Seminar sual-cavab ilə davam edib.