SABAH qrupları Bakı Dövlət Universitetinin (#BDU) Hüquqşünaslıq ixtisasının IV kurs tələbəsi Nuran İsmayılova “#Azercell Telekom” MMC-nin təhsis etdiyi Tələbə #Təqaüdü Proqramının qalibi olub.
“Azercell” Tələbə Təqaüdü Proqramı üzrə qalib gələn Nuran İsmayılova dörd ay müddətində Hüquq, etika və komplayens departamentinin korporativ hüquq şöbəsində fəaliyyət göstərəcək. Proqramın məqsədi təqaüd almaqla yanaşı, tələbələrin telekommunikasiya sahəsində biliklərin artırılması, korporativ tədbirlərdə və sosial fəaliyyətlərdə, müxtəlif təlimlərdə iştirakı və şirkətdə təcrübə keçmək şəraitinin yaradılmasıdır.
Tələbimizi təbrik edir, gələcək fəaliyyətində uğurlar arzu edirik!