Logo

Mahirə Nağıqızı: Qərbi Azərbaycana qayıdanadək bu istiqamətdə yazıb-yaradacağıq

02.11.2024 20:27 122 baxış
IMG

Çox qürurluyam, eyni zamanda, həyəcanlıyam. Beynəlxalq Muğam Mərkəzində keçirilən yaradıcılıq gecəsini mənim hesabatım kimi qəbul edə bilərsiniz. Qürurluyam ki, bu gün sözə, elmə dəyər verilir.

Tehsil.biz xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Mahirə Nağıqızı söyləyib.

O deyib: "Qərbi Azərbaycan İcmasının üzvü olaraq, Qərbi Azərbaycana qayıdana qədər Ali Baş Komandanımızın rəhbərliyi ilə bu istiqamətdə yazıb-yaradacaq, tədqiqatlar aparacaq və sonrakı nəsillərin maariflənməsi üçün əlimdən gələni əsirgəməyəcəyəm. Bu missiyanı şərəflə və daha böyük məsuliyyətlə daşımaq borcumdur”.

Xəbər lenti