Qarabağ Universitetinin rektoru Şahin Bayramov Kəmər və Yol Universitetləri Alyansının (UAB&R) 2024-cü il Forumu çərçivəsində Çinin bir sıra universitetlərində olub.
Universitetdən TƏHSİL.BİZ-ə bildirilib ki, Şahin Bayramov Lançjou Universiteti, Şimal-Qərb Normal Universiteti, Lançjou Maliyyə və İqtisadiyyat Universitetinin rektorları ilə potensial əməkdaşlıq imkanlarını müzakirə edib.
Görüşlərin keçirilməsində məqsəd müxtəlif akademik sahələrdə əməkdaşlıq imkanlarını araşdırmaq, mübadilə proqramları, tədqiqat layihələri və akademik fəaliyyətlərin genişləndirilməsi üzrə strategiyaları inkişaf etdirməkdir.
Qeyd edək ki, beynəlxalq əməkdaşlığın inkişafı Qarabağ Universitetinin prioritetlərindən biridir.