Logo

Dövlət qulluğu üzrə imtahanda uğur qazanmış namizədlərə sertifikat verilir

04.11.2024 11:24 95 baxış
IMG

İnzibati rəhbər vəzifələrə (A növü) aid olan vəzifə qrupları üzrə keçirilmiş test imtahanından müvəffəqiyyət əldə etmiş şəxslərin sertifikat əldə etməsi üçün qeydiyyatı aparılır.

Dövlət İmtahan Mərkəzindən TƏHSİL.BİZ -ə bildirilib ki, namizədlər noyabrın 4-dən 21-i saat 18:00-dək linkə daxil olaraq müraciət formasını doldurmalıdırlar. Namizədin təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədilə aşağıdakı sənədlərin skan olunmuş surətləri formaya əlavə edilir:

- Ali təhsil haqqında sənədin surəti;

- Əmək kitabçasının surəti (olduğu halda);

- Ad, soyadında hər hansı dəyişiklik olunan şəxslər müvafiq halı təsdiq edən

sənədin surətini (nikah şəhadətnaməsi, məhkəmənin qərarı və s.).

Müraciət formasına daxil edilmiş məlumatların və əlavə edilmiş sənədlərin düzgünlüyünün dövlət elektron informasiya vasitələri ilə yoxlanılması mümkün olmadığı halda, namizəd həmin sənədin (sənədlərin) müəyyən edilmiş qaydada təsdiq olunmuş surətlərini və ya eyniləşdirmə məqsədilə həmin sənədlərin əslini 5 (beş) iş günü müddətində DİM-ə (akademik Həsən Əliyev küçəsi, 299) təqdim etməlidir.

Xəbər lenti