Azərbaycan Milli Elmlər Akademiyasının Qafqazşünaslıq İnstitutu və Türkiyənin Qafqaz Universiteti arasında əməkdaşlıq haqqında razılaşma protokolu imzalanıb.
İnstitutdan Tehsil.biz-ə bildirilib ki, sənədin imzalanmasında məqsəd elm, təhsil, mədəniyyət və incəsənət sahələrində ortaq layihələr reallaşdırmaq, birgə elmi araşdırmalar aparmaq, nəşrlər hazırlamaq, elmi kadrların mübadiləsini həyata keçirmək, elmi konfranslar və elmi ekskursiyalar təşkil etmək, hər iki qurumun fəaliyyətini təqdim etməkdir.
Razılaşma protokolunu Qafqazşünaslıq İnstitutunun direktoru vəzifəsini icra edən siyasi elmlər doktoru Ramilə Dadaşova və Qafqaz Universitetinin beynəlxalq əlaqələr şöbəsinin Qafqaz və Orta Asiya Araşdırmalar Mərkəzinin müdiri professor Hacəli Nəcəfoğlu imzalayıblar.