Logo

"“Şərq”in könüllülər qrupu" yaradılır – Yeni "səs"lər gələcək! - FOTOLAR

09.10.2020 18:10 492 baxış
IMG

Bakı Dövlət Universitetinin(BDU) Jurnalistika fakültəsinin 12 tələbəsi ölkənin ən tanınan mətbuat nəşrlərindən olan “Şərq” qəzetində könüllülük fəaliyyətinə başlayıb.

“Sherg.az” xəbər verir ki, onlar qəzetdə həm təcrübə toplayacaq , həm də işləyəcəklər.

Bu gün qəzetin redaksiyasında könüllülərlə “Şərq”in məsul işçiləri arasında görüş keçirilib. Baş redaktor Akif Aşırlı tələbələrə qəzetin tarixindən, keçdiyi yoldan danışıb.

Ardınca gənc jurnalistlərə qəzetin iş prinsipi haqqında məlumat verib. Könüllülər redaksiya otaqlarında yaradılan Azərbaycan Mətbuat Tarixi Muzeyi ilə tanış olublar.

A.Aşırlı könüllülərə muzeydəki qədim ekponatlar və ya tarixi sənədlər barədə bilgilər verib. Görüşün sonunda tələbələr bu etimada görə qəzet rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Sonda xatirə şəkli çəkilib.

Qeyd edək ki, "“Şərq”in könüllülər qrupu"nun təşəbbüskarı Akif Aşırlıdır.

Xəbər lenti