“Azərkosmos”un KOSMİK Akademiyası Türkiyənin kosmik düşərgəsi “Space Camp Türkiye” ilə birgə “Ulduzlar və planetlər arasında kosmik macəra” (“Customer Outer Space Adventure”) layihəsini təqdim ediblər.
TƏHSİL.BİZ xəbər verir ki, bu barədə Azərbaycan Kosmik Agentliyi (“Azərkosmos”) məlumat yayıb.
“Özəl təhsil müəssisələri assosiasiyası” ictimai birliyinin dəstəyi ilə keçirilmiş layihə təqdimatında 20-yə yaxın özəl təhsil müəssisəsinin direktorları iştirak edib. Layihə çərçivəsində “Azərkosmos”un təşkilatçılığı ilə məktəblilər noyabrın 16-dan 21-dək kosmik düşərgədə iştirak edəcəklər. Məktəblilər düşərgədə kosmik innovasiyalar, startaplar, texnoloji trendlər, süni intellekt, STEAM üzrə kosmik layihələrlə daha yaxından tanış olmaq fürsəti qazanacaqlar.