Logo

Türk mütəxəssis ADAU tələbələri üçün seminar keçib

05.11.2024 14:32 92 baxış
IMG

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) tələbələri üçün Daxili xəstəliklər üzrə mütəxəssis, uzman həkim Denizhan Bilim seminar keçib.

TƏHSİL.BİZ -in bölgə müxbiri xəbər verir ki, tədbirdə çıxış edən Baytarlıq təbabəti fakültəsinin dekanı Şəlalə Zeynalova baytarlıq təhsili alan tələbələr üçün xəstəliklərin öyrənilməsi və diaqnostika bacarıqlarının inkişafında praktik təcrübənin əvəzolunmaz olduğunu vurğulayıb.

Seminarda Denizhan Bilim pişiklər və itlərdə zoonoz xəstəliklər və bu xəstəliklərin insanlar üçün potensial təhlükələri barədə danışıb. Həmçinin "Pişik və itlərdə hemogram və biokimyəvi analizlərin şərhi" mövzusu ilə bağlı ətraflı məlumat verilib.

Sonda tələbələrin sualları cavablandırılıb.


 

Xəbər lenti