Logo

ADNSU-da “Nəzəriyyədən təcrübəyə-2024” adlı qida sərgisi təşkil olunub

06.11.2024 09:45 146 baxış
IMG

Noyabrın 5-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Kimya texnologiya fakültəsinin Üzvi maddələr və yüksəkmolekullu birləşmələrin texnologiyası kafedrasının təşkilatçılığı ilə qida məhsullarının sərgisi keçirilib.

ADNSU-dan TƏHSİL.BİZ -ə bildirilib ki, “Nəzəriyyədən təcrübəyə-2024” adlı sərgidə qida mühəndisliyi ixtisası üzrə təhsil alan tələbələrdən ibarət 10 komandanın hazırladığı müxtəlif çeşiddə qida məhsulları təqdim edilib.

Sərginin açılışında çıxış edən ADNSU-nun rektor əvəzi dosent Vazeh Əskərov universitetdə artıq 2-ci dəfə qida sərgisinin keçirilməsində kafedranın təşəbbüsünü yüksək qiymətləndirib və qida mühəndisliyi ixtisasında tədrisin təcrübə ilə vəhdətinin tələbələr üçün xüsusi önəmini qeyd edib.

Üzvi maddələr və yüksəkmolekullu birləşmələrin texnologiyası kafedrasının müdiri professor Fariz Əmirli belə sərgilərin tələbələrin ixtisasını dərindən mənimsəmələrində mühüm rol oynadığını deyib.

Sonra sərgidə komandaların hazırladığı qida məhsullarına baxış keçirilib.

Sərgi çərçivəsində Vazeh Əskərov kafedranın əməkdaşlıq etdiyi müəssisələrin rəhbərləri və əməkdaşları ilə görüşüb. Görüşdə tələbələrin müəssisələrdə təcrübəyə cəlb olunması, həmçinin şirkətlərlə əməkdaşlıq oluna biləcək istiqamətlər və digər bu kimi mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Xəbər lenti