Logo

ARTİ-nin strateji planlaşdırması üzrə təlim görüşü baş tutub

06.11.2024 09:47 71 baxış
IMG

Azərbaycan Respublikasının Təhsil İnstitutunun benefisiar olduğu Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda təhsil sisteminin dayanıqlılığının gücləndirilməsi və AzMKÇ 5-ci səviyyə kvalifikasiyalarının təkmilləşdirilməsi üçün Elm və Təhsil Nazirliyinə dəstək” adlı texniki yardım layihəsi çərçivəsində 2 noyabrda Təhsil İnstitutunun strateji planlaşdırması üzrə təlim görüşü baş tutub.

Görüşün keçirilməsində əsas məqsəd Təhsil İnstitutunun rəhbər heyəti və əməkdaşlarını strateji planlaşdırma dövrü, fundamental prinsip və metodologiyalar, əsas liderlik konsepsiyaları və təcrübələri, o cümlədən dəyişikliklərin idarə edilməsində ən yaxşı beynəlxalq təcrübələr ilə tanış etmək olub. Görüş zamanı iştirakçılar beynəlxalq miqyasda oxşar institutların təcrübələri ilə tanış olaraq Təhsil İnstitututun ortamüddətli strategiya sənədinin konturunu razılaşdırıblar.

Təlim layihənin ekspertləri Boris Curkoviç və Beata Çeuşka tərəfindən aparılıb.

Xəbər lenti