Logo

GDU-da müharibə iştirakçıları və qazilərlə görüş keçirilib

06.11.2024 10:57 93 baxış
IMG

Gəncə Dövlət Universitetinin (GDU) Azad Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə I və II Qarabağ müharibəsinin iştirakçıları, qazilər və şəhid ailələrinin üzvləri ilə görüş keçirilib.

Universitetdən TƏHSİL.BİZ -in bölgə müxbirinə verilən məlumata görə, görüşdən əvvəl universitetdə şəhidlərə həsr edilmiş xatirə guşəsi önünə gül dəstəsi qoyulub, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmış qəhrəman övladlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Universitetin Azad Həmkarlar İttifaqı Komitəsinin sədri Afaq Qasımova çıxış edərək, 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun döyüş meydanında əldə etdiyi şanlı Zəfərdən, Ordumuzun rəşadətindən və işğaldan azad edilən torpaqlarda aparılan sürətli tikinti-quruculuq işlərindən söhbət açıb.

GDU-nun Elm və innovasiyalar üzrə prorektoru, deputat Pərvin Kərimzadə, Humanitar məsələlər üzrə prorektor Gülsüm Fətəliyeva, rektorun baş müşaviri Asif Cavadov, Botanika kafedrasının müdiri Vaqif Novruzov, Ekologiya və təbiəti mühafizə kafedrasının müdiri Sevda Əhmədova, Azərbaycan tarixi kafedrasının baş müəllimi Eldar Mehdiyev, universitetin Fəxri professoru, I Qarabağ müharibəsi veteranı Zəfər Abbasov ölkəmizdə ordu quruculuğunda əldə edilən böyük uğurlardan, Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qəhrəman oğulların düşmən üzərində qazandığı Qələbədən və hərbçilərimizin əzmkarlığından danışıblar.

Görüşdə I və II Qarabağ müharibəsinin qaziləri və iştirakçıları onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Xəbər lenti