Tehsil.biz-in Eastnews.org-a istinadən verdiyi xəbərə görə, Nigeriyanın Kaduna bölgəsində silahlı şəxslər universitetə hücum təşkil edib.
Şəxsiyyətləri hələ müəyyənləşdirilməyən silahlılar dünən gecə "Green Field" Özəl Universitetinə gedərək, atəş açıblar.
Hücumda bir çox tələbə qaçırılıb.
Kaduna Milli Təhlükəsizlik və Daxili İşlər komissarı Samuel Aruvan hadisəni təsdiqləyib, lakin qaçırılan tələbələrin sayı barədə məlumat verməyib.