Logo

ADPU-da maraqlı intellektual oyun: tələbə və məzunlar birgə yarışdılar

06.11.2024 12:51 112 baxış
IMG

Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsi (ADPU THİK) və ADPU Gənc Məzunlar Assosiasiyasının (ADPU GMA) birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində  intellektual yarış keçirilib.

Universitetdən TƏHSİL.BİZ -ə bildirilib ki, yarışdan əvvəl ADPU GMA üzvü olan məzunlar və Assosiasiyanın İdarə Heyətinin üzvləri intellektual oyunlarda yaşadıqları maraqlı təcrübələri tələbələrlə bölüşüb, onlara dünyagörüşü və intellektual inkişafları üçün faydalı olacaq məsləhətlər veriblər.

Sonra məzunlar və tələbələrdən ibarət komandaların iştirakı ilə “Nə? Harada? Nə zaman?” formatında intellektual oyun keçirilib. Maraqlı mübarizə şəraitində keçirilən 24 suallıq intellektual yarışın nəticələrinə əsasən qalib olan komandalar kitabla mükafatlandırılıblar.

Sonda ADPU THİK sədri Cəmilə Qurbanova təşəbbüskarlıq və əməkdaşlığa görə ADPU-nun Gənc Məzunlar Assossasiyasının sədri Eltac Cəbiyevə, yarışın keçirilməsində təşkilati dəstək göstərdiyinə görə Xəzər İntellektual Gənclər Klubunun rəhbəri, ADPU-nun məzunu Azad Manaflıya təşəkkür edib, qonaqlara hədiyyələr təqdim olunub.

Xəbər lenti