Logo

Almatıda Türkiyənin Təhsil, Elm və Mədəniyyət Mərkəzi açılıb

06.11.2024 13:06 122 baxış
IMG

Almatı Humanitar və İqtisad Universitetində Türkiyənin Düzce Universitetinin yaratdığı Təhsil, Elm və Mədəniyyət Mərkəzinin açılış mərasimi olub.

Tehsil.biz Qazaxıstan Respublikasının Elm və Ali Təhsil Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, tədbirdə Düzce Universitetinin rektoru, professor doktor Nedim Sözbir, eləcə də Türkiyənin konsulu Reyzan Ajar iştirak ediblər.

Mərkəzin yaradılması Qazaxıstan və Türkiyə arasında təhsil və mədəniyyət əlaqələrinin möhkəmləndirilməsi istiqamətində yeni üfüqlər açır. Bu, tələbələrə türk dilini ödənişsiz əsaslarda öyrənmək, inklüziv təhsil üzrə əlavə proqramda iştirak etmək və ikili diplom almaq imkanı yaradır.

Mərkəz, həmçinin iki ölkə arasında bilik və təcrübə mübadiləsini asanlaşdıracaq, birgə tədqiqat və təhsil fəaliyyəti üçün platforma yaradacaq.

Tərəflər təhsilin keyfiyyətinin yüksəldilməsinə və beynəlxalq qarşılıqlı əlaqələrin genişləndirilməsinə yönəlmiş birgə layihə və təşəbbüslər hazırlamaqla əməkdaşlığı gücləndirmək niyyətində olduqlarını bildiriblər.

Xəbər lenti