AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi şurasının qərarı ilə şəhidlərimizin xatirəsinə ithaf olunmuş “2020-ci il Vətən müharibəsi şəhidləri” kitabı işıq üzü görüb.
İnstitutdan TƏHSİL.BİZ- ə bildirilib ki, kitabda Maştağanın və Nardaranın Vətən müharibəsində şəhid olmuş igid oğulları haqqında müxtəlif mətbuat orqanlarında çap olunmuş məqalələr toplanıb. Kitabın müəllifi Azərbaycan Yazıçılar Birliyinin İrs komissiyasının sədri, institutun Biblioqrafiya şöbəsinin böyük elmi işçisi Sona Xəyaldır.
Nəşrin redaktoru ilahiyyatçı, tədqiqatçı Hacı Həsən Hüseyni, rəyçiləri fəlsəfə elmləri doktoru Zəkiyyə Babayeva, filologiya üzrə fəlsəfə doktoru Samirə Əliyeva və Qutiyera Cəfərovadır.