Logo

“Zəfər” elm müsabiqəsinin yekun mərhələsində 467 məktəbli biliyini sınayıb

06.11.2024 15:52 148 baxış
IMG

Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil məktəblərinin VIII-XI sinif şagirdləri arasında Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, coğrafiya və tarix fənləri üzrə təşkil olunan “Zəfər” elm müsabiqəsi başa çatıb.

Bu barədə TƏHSİL.BİZ -in bölgə müxbirinə Regional Təhsil İdarəsinin məsul əməkdaşı Mahal Məmmədov məlumat verib.

Qurumun əməkdaşı bildirib ki, müsabiqənin noyabrın 6-da Şəki şəhər 11 nömrəli tam orta məktəbdə təşkil olunan yekun mərhələsində 467 məktəbli biliyini sınayıb. Müsabiqənin rayon-şəhər mərhələsində olduğu kimi, finalda da şagirdlərə 20 sualdan ibarət test tapşırığı təqdim edilib. Test suallarının cavablandırılması üçün 90 dəqiqə vaxt ayrılıb. Müsabiqənin qaliblərinin adları yaxın günlərdə elan olunacaq.

Xəbər lenti