Logo

Tələbə dəlixanaya yerləşdirildi

06.11.2024 16:39 370 baxış
IMG

Məcburi hicab tələbinə etiraz olaraq universitet həyətində paltarını soyunan tələbə Ahu Dəryayi dəlixanaya köçürülüb.

Tehsil.biz "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir ki, bu barədə İranın hökumət sözçüsü Fatimə Mühacirani bildirib.

O qeyd edib ki, Ahu Dəryayi psixi xəstəlikdən əziyyət çəkir.

Yeri gəlmişkən Beynəlxalq Əfv Təşkilatı məsələ ilə bağlı bəyanat yayaraq, psixiatriya xəstəxanasına salınan qızın dərhal azad edilməsini tələb edib.

Qeyd edək ki, Tehran Azad Universitetinin fransız dili və ədəbiyyatı ixtisası tələbəsi olan Ahu Dəryayi noyabrın 2-də məcburi hicab tələbinə etiraz olaraq paltarlarını soyunub və yarıçılpaq halda universitetin həyətində gəzməyə başlayıb. Polislər onu bölməyə, oradan isə psixiatriya xəstəxanasına aparıblar.

Xəbər lenti