Direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsinin may-avqust aylarında keçirilməsi nəzərdə tutulub. Müsahibə mərhələsində namizədlərin daha hazırlıqlı iştirakını təmin etmək məqsədilə müsabiqə proqramı və nümunəvi müsahibə sualları hazırlanıb.
Aşağıda təqdim edilən müvafiq linklərə daxil olaraq proqram və nümunəvi suallarla tanış ola bilərsiniz:
Direktor vəzifəsinə işə qəbul üzrə müsabiqə proqramı
Direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsi üçün nümunəvi suallar:
- Peşəkar kompetensiyalar (qanunvericiliyə dair biliklər)
- Dünyagörüşü və şəxsi keyfiyyətlər
Müsahibələrin 4 mərhələdə təşkili nəzərdə tutulur. İlkin mərhələdə imtahan nəticəsi 36 baldan çox olan və şagird sayı 1000-dən çox olan ümumi təhsil müəssissələrində vakant direktor vəzifəsini seçmiş namizədlərin iştirakı planlaşdırılır.