Logo

UNEC brendi daha bir Avropa dövləti tərəfindən tanınıb

09.10.2020 18:12 507 baxış
IMG

Öz əhatə dairəsini gündən-günə genişləndirən Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) dünya təhsil brendləri arasında mövqeyini gücləndirərək Bolqarıstanda da tanınıb.

Universitetdən bildirilib ki, bundan öncə isə UNEC brendi Türkiyə, Litva, Latviya, Polşa, Slovakiya, Macarıstan, Xorvatiya, Estoniya, Rusiya və Ukraynada qorunma altına alınıb.

Qeyd edək ki, brendləşmə hər bir universitetin dünya təhsil bazarında rəqabətqabiliyyətliliyinin artırılmasının başlıca amillərindəndir. Azərbaycan Dövlət İqtisad Universiteti bu istiqamətdə uğurla irəliləyir və bir neçə ildir ki, göstərilən təhsil xidmətlərini UNEC brendi altında təqdim edir.

Xəbər lenti