Bakı Mühəndislik Universitetinin (BMU) Distant Təhsil və Keyfiyyətin Təminatı Mərkəzi silsilə təlimlərini davam etdirir.
Universitet əməkdaşları, müəllim və tələbələr üçün nəzərdə tutulan növbəti belə təlim 24 aprel 2021-ci ildə tarixdə onlayn formada baş tutacaq.
“Distant tədris prosesində öyrətmə və öyrənmə psixologiyası” mövzusunda keçiriləcək təlimdə mövzu ətrafında müzakirələr aparılacaq. Əsas məruzəçi qismində isə BMU- nun Pedaqogika kafedrasının baş müəllimi Hüseyn Xəlilov çıxış edəcək.