Logo

BMU tələbələri Beynəlxalq Kimya Olimpiadasında ölkəmizi təmsil edirlər

27.11.2024 10:52 124 baxış
IMG

Bakı Mühəndislik Universitetinin (BMU) tələbələri ali məktəblər arasında keçirilən III Beynəlxalq Kimya Olimpiadasında iştirak edirlər.

Bu barədə TƏHSİL.BİZ -ə universitetdən məlumat verilib.

Türkmənistan Respublikasının Məhtimqulu adına Türkmən Dövlət Universitetində təşkil olunan olimpiadaya 11 ölkədən 24 universitet və 211 tələbə qatılıb.

BMU tələbələri  (Məhəmməd Cavadzadə, Cavid Ayvazov, Əli Mehtizadə, Nihad Qasımov) universitetin professoru Namiq Şıxaliyevin rəhbərliyilə Azərbaycanı bu olimpiadada yeganə təmsil edən komandadır.  

Xəbər lenti