Logo

BDU Çinin Anhui Universiteti daha bir istiqamətdə ikili diplom proqramı imzalayacaq

27.11.2024 18:49 130 baxış
IMG

Bakı Dövlət Universiteti (BDU) və Çinin Anhui Universitetinin əməkdaşları arasında onlayn görüş keçirilib. 

Universitetdən TƏHSİL.BİZ -ə bildirilib ki, görüşdə BDU-nun Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rauf Həsənov, BDU-nun nəzdində Konfutsi İnstitutunun direktoru Vanq Haoqianq, Fizika fakültəsinin dekanı Bəxtiyar Paşayev, dekan müavini Vüsal Məmmədov, Nanomaterialların kimyəvi fizikası kafedrasının baş müəllimi Lalə Qəhrəmanlı, Anhui Universitetinin Materiallar elmi və mühəndisliyi fakültəsinin dekan müavini Yu Xin-Yao və həmin fakültənin xarici əlaqələr üzrə katibi Deng Min iştirak ediblər.

Görüşdə hər iki universitet arasında əməkdaşlıq perspektivləri müzakirə edilib. BDU-nun Fizika fakültəsi ilə Anhui Universitetinin Materiallar elmi və mühəndisliyi fakültəsi arasında ikili diplom proqramı üzrə ixtisaslaşma istiqamətləri, tədris proqramlarının uyğunlaşdırılması və tələbə mübadiləsi mexanizmləri ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.

Sonda “Yarımkeçirici cihazlar və mikroelektronika”, “Optoelektronika” və “Kvant elektronikası” kimi sahələrdə magistratura səviyyəsində ikili diplom proqramının yaradılması ilə bağlı ilkin razılıq əldə olunub.

Xəbər lenti