Logo

Qərbi Kaspi Universitetinin tələbəsi Türkiyədə təlimə qatılıb

27.11.2024 22:14 104 baxış
IMG

Qərbi Kaspi Universitetinin Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik Məktəbinin Biologiya ixtisasının 3-cü kurs tələbəsi Fidan Mübarizsoy “Azərbaycan Elm və İnnovasiya Könüllüləri”nin təşkilatçılığı ilə Türkiyənin Eskişehir şəhərində fəaliyyət göstərən “MSTlab”da genetika və molekulyar biologiya araşdırmaları üzrə iki həftəlik təlimdə iştirak edib.

Təlim müddətində tələbəmiz laboratoriyanın mütəxəssisləri MSc. Enver Seçer, MSc. Hilal Taşcı Erdoğan və Gizem Battalın rəhbərliyi ilə laboratoriyada “Western Blot”, “Polimeraz Zəncir Reaksiyası (PZR)”, “Sanger Sequencing”, “Nanodrop”, “Elektroforez”, “Spektrofotometr” kimi cihaz və avadanlıqlardan istifadə ilə bağlı təcrübələr əldə edib. Sonda tələbəmiz təlimdə fəal iştirakına görə “MSTlab”ın icraçı direktoru MSc. Enver Seçer və “Azərbaycan Elm və İnnovasiya Könüllüləri”nin rəhbəri Cavid Quluyev tərəfindən sertifikatla təltif edilib.

Xəbər lenti