Logo

UNEC-də “British Council” tərəfindən elan olunan “Creative Spark” layihəsi çərçivəsində təlimlər keçirilib

22.04.2021 15:01 447 baxış
IMG

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “British Council” tərəfindən elan olunan “Creative Spark” layihəsi çərçivəsində təlimlər keçirilib.

 

UNEC-dən bildirilib ki, Beynəlxalq əməkdaşlıq departamentinin Layihələrin idarəolunması şöbəsinin koordinasiyası və Qrinviç Universitetinin tərəfdaşlığı ilə keçirilən təlimlər startap ideyaları, “business canvas” modeli və istifadə metodları, eləcə də məhsulun brendinqi və təqdimat bacarıqlarının artırılması mövzularında olub.

 

Təlimdə iştirak edən UNEC müəllimləri sahibkarlıq sahəsində yeni praktiki və nəzəri biliklər əldə ediblər.

Xəbər lenti