Logo

Dövlət qulluğunda yeni qiymətləndirmə alətlərinin növbəti sınağı keçirilib

28.11.2024 14:34 135 baxış
IMG

Dövlət qulluğunda beynəlxalq təcrübəyə əsaslanan səriştə (kompetensiya) modelinin tətbiq olunması ilə bağlı hazırlıq işləri davam edir.

Dövlət İmtahan Mərkəzindən TƏHSİL.BİZ -ə bildirilib ki, ümumi səriştələrin qiymətləndirilməsi üçün yeni alət – situasiya mühakimə testləri üzrə tapşırıqların keyfiyyət parametrlərinə uyğunluğunu araşdırmaq üçün növbəti sınaq təşkil edilib. Sınaq prosesinə müxtəlif dövlət orqanlarında işləyən dövlət qulluqçuları cəlb olunub.

Dekabr ayında sınaqların davam etdirilməsi planlaşdırılır.

Qeyd edək ki, səriştə modeli dövlət qulluğuna qəbul, habelə dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi zamanı namizədlərin komandada işləmək, effektiv kommunikasiya qurmaq, vəzifə öhdəliklərini icra edərkən öz üzərinə məsuliyyət götürmək, nəticələr əldə etmək və digər səriştələri əsas meyarlardan biri kimi nəzərdə tutur və bu istiqamətdə sistemli yanaşma təklif edir.

Xəbər lenti