Logo

Təhsil işçilərinə təltiflər təqdim olunub

28.11.2024 17:13 35 baxış
IMG

Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) təhsilin inkişafındakı xidmətlərinə, gənc nəslin təlim-tərbiyəsi sahəsində yüksək nailiyyətlər əldə etdiklərinə görə təltif edilmiş bir qrup təhsil işçisinə “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı və “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Fəxri Fərmanı” təqdim olunub.

 

Bu barədə Tehsil.biz-ə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Bu münasibətlə təşkil olunan tədbirdə Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, BŞTİ-nin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova, İdarənin struktur bölmə rəhbərləri, məktəb direktorları və müəllimlər iştirak ediblər.

Tədbir iştirakçılarını salamlayan Nərminə Hüseynova Elm və Təhsil Nazirliyi tərəfindən təltif olunan müəllimləri təbrik edib, onlara təhsil sahəsindəki səmərəli fəaliyyətlərində, müqəddəs, şərəfli, eyni zamanda məsuliyyətli işlərində uğurlar arzulayıb.

Dövlət başçısı cənab İlham Əliyevin təhsilə göstərdiyi diqqət və qayğıdan, təhsil sahəsində aparılan islahatlardan danışan N.Hüseynova ölkəmizdə təhsil işçiləri, xüsusən də  müəllimlərin dövlətin hərtərəfli qayğısı ilə əhatə olunduğunu vurğulayıb.

Sonra təhsilin inkişafındakı xidmətlərinə və gənc nəslin təlim-tərbiyəsi sahəsində yüksək nailiyyətlər əldə etdiklərinə görə təltif olunmuş 7 nəfər təhsil işçisinə “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı və “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Fəxri Fərmanı” təqdim edilib.

Təhsil işçiləri onların əməyinə verilən dəyərə görə təşəkkürlərini bildirib və bundan sonra da üzərlərinə düşən məsul vəzifənin öhdəsindən layiqincə gələcəklərini söyləyiblər.


  •  

Xəbər lenti