Bakı Slavyan Universitetinin Təhsil və Qərbi Avropa Dilləri fakültələrinin bir qrup tələbəsi Rusiya Federasiyasının Roscongress Fondu (RK-Birlik layihəsi) çərçivəsində keçirilən “Azərbaycan - Odlar yurdu” adlı onlayn maarifləndirici sessiyada iştirak edərək sertifikatlarla təltif olunub.
Layihənin məqsədi Azərbaycan və Rusiya arasında humanitar əlaqələri möhkəmləndirmək, Azərbaycanın zəngin mədəni irsini tanıtmaq və türk xalqlarının ortaq dəyərlərini önə çəkməkdir.