Logo

MDU-da “XXI əsr təhsil çağırışları və tələbəyönümlü tədrisin təşkili” mövzusunda təlim keçirilib

29.11.2024 19:09 89 baxış
IMG

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) təşkilatçılığı ilə Mingəçevir Dövlət Universitetində (MDU) regionlarda fəaliyyət göstərən ali təhsil müəssisələrinin iştirakı ilə “XXI əsr təhsil çağırışları və tələbəyönümlü tədrisin təşkili” mövzusunda təlim keçirilib. Sözügedən təlimdə TKTA-nın İdarə Heyətinin sədri Tural Əhmədov, Agentliyin struktur bölmələrinin rəhbərləri və əməkdaşları, həmçinin 9 ali təhsil müəssisəsinin - Mingəçevir Dövlət Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Gəncə Dövlət Universiteti, Azərbaycan Texnologiya Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialı, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ağcabədi filialı, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialı, Bakı Dövlət Universitetinin Qazax filialı və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Zaqatala filialının 100-dən çox akademik və inzibati heyəti, media nümayəndələri iştirak ediblər.

Tehsil.biz xəbər verir ki, təlimin məqsədi regionlarda yerləşən ali təhsil müəssisələrinə keyfiyyət təminatına dair faydalı məlumatların verilməsi, daxili keyfiyyət təminatı sisteminin formalaşmasına, müəssisələrdə keyfiyyət təminatı strukturunun işinin səmərəli təşkilinə və tədrisin tələbəyönlü prinsiplər əsasında qurulmasına dəstək olmaqdır.

Tədbiri Mingəçevir Dövlət Universitetinin rektor əvəzi Üzeyir Zeynalov açıb, təlimin əhəmiyyətindən danışıb.

TKTA-nın İdarə Heyətinin sədri Tural Əhmədov tədbir iştirakçılarına XXI əsr təhsil çağırışları və tələbəyönümlü tədrisin təşkili ilə bağlı bir sıra vacib məqamlar haqqında ətraflı məlumat verib.

Təlim çərçivəsində TKTA-nın məsul əməkdaşları mövzu ətrafında geniş məruzə ilə çıxış ediblər.

Sonda təhsil müəssisələrinin daxili keyfiyyət təminatı sisteminin səmərəliliyinin qiymətləndirilməsi alətlərinin tələbləri və tətbiqi mexanizmi barədə iştirakçıların sualları cavablandırılıb.

Xəbər lenti