Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) təhsil alan I kursda oxuyan əcnəbi tələbələrə görüş keçirilib.
Tehsil.biz xəbər verir ki, görüşün məqsədi tələbələrin fikir və təkliflərini dinləmək, suallarını cavablandırmaq olub.
Universitetin rektoru Zəfər Qurbanov əcnəbi tələbələrin təhsili, asudə vaxtlarının səmərəli təşkili, həmçinin yataqxana ilə təmin olunmaları üçün yaradılmış şəraitdən danışıb. Rektor tələbələrin təhsilə davamiyyəti, imtahanlara hazırlıqları, universitetin ictimai həyatında iştirakları, eləcə də ölkəmizlə bağlı təəssüratları ilə yaxından maraqlanıb, onların tədris prosesi ilə əlaqədar fikirlərini dinləyib.
Sonda tələbələr yaradılan şəraitə görə universitet rəhbərliyinə təşəkkür ediblər.