Logo

Emin Əmrullayev Neftçalada vətəndaşları qəbul edib

29.11.2024 21:02 91 baxış
IMG

Noyabrın 29-da elm və təhsil naziri Emin Əmrullayev Neftçala şəhərində vətəndaş qəbulu keçirib.

Bu barədə Tehsil.biz-ə Elm və Təhsil Nazirliyindən xəbər verilib.

Bildirilib ki, qəbulda Neftçala, Hacıqabul, Şirvan, Salyan və Biləsuvar sakinləri iştirak ediblər.

Qəbuldan əvvəl ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb. Vətəndaşlar müəllimlərin yerdəyişməsi, işlə təmin olunma, təhsil müəssisələrinin təmir-tikintisi, həmçinin digər məsələlərlə bağlı müraciətlər ediblər.

Elm və təhsil naziri qəbula yazılmış vətəndaşları dinləyib, müraciətlərin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib.


  •  

Xəbər lenti