Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 12 məktəbdənkənar təhsil müəssisəsinə, ümumilikdə, 8 mindən çox şagird cəlb olunub. Onların məktəbdənkənar fəaliyyəti ilə 396 müəllim məşğul olur.
Bu barədə Tehsil.biz-ə Regional Təhsil İdarəsindən məlumat verilib.
Qurumun əməkdaşı Mahal Məmmədov bildirib ki, bu təhsil müəssisələrində voleybol, şahmat, basketbol, futbol, sərbəst güləş, rəsm, bədii toxuculuq, bacarıqlı əllər, təsviri sənət və dizayn, milli rəqs və sair dərnəklər təşkil olunub.