Qərbi Kaspi Universitetinin təsis etdiyi “Reconstructing the Past: Journal of Historical Studies” (Keçmişin yenidən bərpası: Tarix araşdırmaları) tarix jurnalının 4-cü nömrəsi nəşr olunub.
Universitetdən Tehsil.biz-ə bildirilib ki, jurnal Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) məqalələrin dərc olunması tövsiyə edilən elm sahələri üzrə Tarix və Antropologiya dövri elmi nəşrləri siyahısındadır.
“Reconstructing the past: Journal of Historical Studies” jurnalı tarixi araşdırmanın müxtəlif məsələlərinə dair orijinal elmi məqalələrin nəşri üzrə ixtisaslaşıb və dünyanın müxtəlif ölkələrindən olan müəlliflərin məqalələrini qəbul edir. Jurnal görkəmli ekspertlərin rəyi ilə yüksək nəşr standartlarına uyğun olaraq ildə 4 dəfə çap olunur.