Logo

Tələbələrə akademik məzuniyyət necə və hansı hallarda verilə bilər?

29.11.2024 22:31 156 baxış
IMG

Tələbələrin  təhsil  aldıqları  müddətdə  müəyyən  səbəblərə  görə  akademik  məzuniyyət  götürmək  hüququ  var. Bəs  tələbələr  hansı  hallarda  və  neçə  müddətlik  akademik  məzuniyyətdən  yararlana  bilər?

  • müddətli həqiqi hərbi xidmətə çağırıldıqda - xidmət müddətinə, səfərbərlik üzrə hərbi xidmətə çağırıldıqda isə – xidmətdən tərxis edilənədək;
  • ailə vəziyyətinə görə - 2 il müddətinədək;
  • səhhətinə görə və həkim-məsləhət komissiyasının arayışında göstərilən müddətə;
  • sosial məzuniyyətə çıxdıqda - qanunvericiliklə müəyyən olunmuş müddətə;
  • müxtəlif  proqramlar əsasında xarici ölkələrə təhsil almağa getdikdə - proqramda göstərilən müddətə;

Akademik  məzuniyyətdən  qayıdan  şəxslər  tədris  prosesinə  növbəti semestrdən  buraxılırlar. Akademik  məzuniyyətdən  qayıtdıqda  əvvəl  təhsil aldığı ali təhsil müəssisəsində öz  ixtisası üzrə kadr  hazırlığı  aparılmadıqda Təhsil  Nazirliyinin  razılığı  əsasında  tələbə  həmin  müəssisədə digər ixtisas üzrə  tələbələr  sırasına  daxil  edilə  bilər.O, əvvəllər təhsil aldığı ixtisas üzrə təhsilini davam  etdirmək  istədikdə  köçürülmə  ilə bağlı  qaydaların  müvafiq tələbləri  gözlənilməklə digər  ali  təhsil müəssisəsinə  köçürülə bilər.

Qeyd  edək  ki, hər iki halda məsələyə  müvafiq  ali  təhsil  müəssisəsinin müraciəti  əsasında  Elm və Təhsil  Nazirliyində  baxılır.

Xəbər lenti