Bu gün, dekabrın 1-i ADPU-nun Filologiya fakültəsinin gənc və istedadlı, ciddiyəti, qətiyyəti, məntiqi təfəkkürü, elmi, biliyi, təşkilati bacarığı, gözəl idarəedici bacarığı, haqsevərliyi, xeyirxahlığı, mehribanlığı, səmimiyyəti ilə seçilən Könül xanım Həsənovanın Filologiya fakültəsinin dekanı seçilməsinin 1 ili tamam olur.
Qeyd etməliyik ki, Könül xanım bir il ərzində üzərinə düşən işin öhdəsindən uğurla gəlib, Fakültədə yerli və beynəlxalq əlaqələrin yaradılması, tələbə və müəllimlərin həvəsləndirilməsi, onların elmi yaradıcılıqla məşgul olmaları üçün şəraitin yaradılması, imtahanların hər zamankıtək şəffaf və ədalətli keçirilməsi üçün əlindən gələni etməsi, tələbələrin ədəbi-bədii istedadlarının inkişaf etdirilməsi, ümumən Filologiya fakültəsinin nüfuzunun daha da yüksəlməsi üçün layiqincə çalışıb və çalışmaqdadır.
Bütün bunları nəzərə alaraq kollektivin yüksək dəyər verdiyi Könül xanımı ürəkdən təbrik edir, ona işlərində uğurlar arzulayırıq!