AƏSMA Gender Araşdırmaları Mərkəzinin təşkilatçılığı ilə “Gender əsaslı zorakılığa qarşı 16 günlük (25 noyabr-10 dekabr) fəallıq kampaniyası çərçivəsində “Təmiz dünya: Qadınlara Yardım İctimai Birliyi”nin rəhbəri, fəl.f.d. Mehriban Zeynalovanın iştirakı ilə “Gender Əsaslı Zorakılıq” mövzusunda müzakirələr aparılmışdır. AƏSMA Gender Araşdırmaları Mərkəzinin rəhbəri dos. Niyar Umarova tədbir barəsində geniş məlumat verdi. Tədbirə başlamazdan əvvəl Şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. AƏSMA Gender Araşdırmalar Mərkəzinin üzvü dos. Z.Şabanov mövzu ilə əlaqədar maraqlı məlumatlarla çıxış edərək, sonda sözü Mehriban Zeynalovaya verdi. Mehriban Zeynalova öz çıxışında “Gender əsaslı zorakılıq” mövzusu ilə əlaqəli bir çox məsələlərə toxundu. Mövzu ilə əlaqəli 510 B qrup tələbəsi Bəşirova Fatimə tələbələr arasında sorğu keçirmiş və alınan nəticələrə əsasən öz fikrini maraqlı videoçarxla bildirmişdir. Tədbirdə geniş əhatəli fikir mübadiləsi aparıldı və sonda rektor vəzifəsini müvəqqəti icra edən dos. N.Mikayılova öz fikirlərini bölüşərək, tədbirdə iştirak etdiyi üçün M.Zeynalovaya təşəkkürünü bildirdi.