Logo

Tələbələr üçün dünyanın 10 ən yaxşı şəhəri

02.12.2024 00:14 125 baxış
IMG

1. London, İngiltərə
İngiltərənin və Avropanın vazkeçilməz təhsil mərkəzi olan London, tələbələrin ən çox seçdiyi şəhərdir. Həm əylənib, həm də keyfiyyətli təhsillə təmin olunan tələbələr üçün xüsusi qalmaq yerləri, dostluqlar və fəaliyyətlərlə dolu bir şəhərdir. Eyni zamanda Londonda təhsil alan tələbələr qısa müddət ərzində iş tapa bilirlər.


2. Boston, ABŞ
Boston ABŞ-dakı ən köhnə və böyük şəhərlərdən biridir. Bu şəhər ağlınıza gələcək bir çox mövzuda inkişaf edib, xüsusilə təhsil, maliyyə, texnologiya və səhiyyə sahələrində. Hardvard Universiteti, Northeastern Universiteti, Boston Universiteti və Massachusetts Universiteti Bostonda yerləşir. Bu universitetlər dünyanın ən yaxşı ilk 10 universiteti siyahısına daxildirlər.

3. Paris, Fransa
Fransanın göz bəbəyi Paris, tələbələrə yaxşı təhsil vəd edir. Bahalı həyat tələb edən şəhər olsa da, həyat keyfiyyəti çox yüksəkdir. Paris eyni zaman zəngin mədəniyyəti ilə də üst sıralardadır.


4. Sidney, Avstraliya
Avstraliyanın görkəmli şəhərlərindən biri olan Sidney, tələbə şəhəri olaraq da tanınır. Bir çox sahədə özünə məşhurluq qazanan bu şəhər, xüsusilə gecə həyatı və rəngli yaşamı ilə də diqqət çəkir. Tələbələrin keyfiyyətli bir təhsil məkanlarından biri olan Sidneyi rahatlıqla siyahınıza əlavə edə bilərsiniz.


5. Honq Konq, Çin
Honq Konq, Asiyanın qəlbidir. Bu qədər önəmli olmasının səbəbi isə ticarət və turizmin mərkəzi olmasıdır. Dünyanın ən varlı şəhərləri arasında olan Honq Konq eyni zamanda ən sıx şəhərləri arasına girməyi bacarıb. Honq Konq Universiteti ölkənin ən köklü və keyfiyyətli universitetlərindən biridir. Asiyaya marağı olan və tələbəlik həyatını tam olaraq yaşamaq istəyənlər bu şəhəri mütləq gözdən keçirməlidir.

6. Tokiyo, Yaponya
Yaponiyanın paytaxı olan Tokiyo, tələbələrə təqdim etdiyi staj imkanları ilə tələbələrin inkişaf göstərməsi üçün əlverişli şəhərdir. Əgər arxitekturası ilə diqqət çəkən tikililərə marağınız varsa, bu şəhər tam sizə görədir.


7. Münhen, Almaniya
Almaniyanın festival şəhəri olan Münhen, tələbələrin tam olaraq axın etdiyi şəhərlərdən biridir. Dünyanın ən böyük festivallarından biri bu şəhərdə gerçəkləşir, şəhər eyni zamanda da turistləri ilə də ön plandadır. Texniki Universiteti və Münhen Ludwig Maximilian Universiteti kimi məşhur universitetlərə sahibdir.

8. Montreal, Kanada
Kanadanın təhsil mövzusunda məşhurlaşmış şəhəri olan Montreal, ölkənin ən böyük şəhərlərinin arasındadır. Montrealda təhsil almaq kimi bir düşüncəniz varsa, təhsil dili olaraq, ingilis və fransız dilləri seçiminiz var.


9. Zürih, İsveçrə
İsveçrənin ən böyük şəhərlərindən biri olan Züruh, universitet olaraq tələbələrin kəsinliklə seçməli olduqları şəhərlər arasındadır. Şəhərin ən tanınmış və köklü universiteti Zürih Universitetidir. Bir çox nobel mükafatı görmüş bu universitet tələbələrin maraq dairəsində olmağı da bacarır.

10. Seul, Cənubi Koreya
Cənubo Koreyanın paytaxı olan Seul, qonaqpərvərlik və tələbələr üçün uyğun qalmaq yerləri ilə tələbələ bir çox imkan tanıdır. Seulun ən çox diqqət çəkən xüsusiyyəti isə bu şəhərdə təhsil alan tələbələrin işlə təmin olunması mövzusunda ilk yerdə olmasıdır. Əgər özünüzü təhsil barəsində inkişaf etdirmək istəyirsinizsə, Seul əla bir seçimdir.

Xəbər lenti