Logo

Elm və Təhsil Nazirliyinin şöbə müdiri: Bullinqlə bağlı konsepsiya hazırlayırıq

02.12.2024 11:50 75 baxış
IMG

“Biz şöbə olaraq bullinqlə bağlı konsepsiya hazırlayırıq. Uşaq hüquqları ilə bağlı mövcud problemlərin aradan qaldırılması bizim gələcək baxışımızdır”.

Tehsil.biz xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Uşaq və gənclərin inkişaf siyasəti şöbəsinin müdiri Elnur Əliyev "Yetkinlik yaşına çatmayanlar arasında aqressiv davranış: Bullinq" mövzusunda keçirilən konfransda deyib.

O bildirib ki, konsepsiyada bir sıra istiqamətlər nəzərdə tutulub: "Bu məsələdə valideynlər üçün xüsusi təlimlər və seminarlar təşkil etməliyik. Məktəb daxilində müvafiq siyasətin hazırlanması və monitorinqin gücləndirilməsi də konsepsiyanın istiqamətlərindən biridir", - deyə E. Əliyev qeyd edib.

Xəbər lenti