Logo

Sabunçu rayonunda məktəb direktorları ilə görüş olub

02.12.2024 12:34 72 baxış
IMG

Paytaxtın Sabunçu rayonundakı məktəb direktorlarından ibarət iki kurasiya üzrə görüş keçirilib.

Bu barədə Tehsil.biz-ə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib. Görüşdə BŞTİ-nin müdir müavini Xəyalə Əhmədzadə kurasiyaların ümumi fəaliyyəti, tədris prosesinin idarə olunması, məktəbdaxili qaydalara nəzarətin gücləndirilməsi, şagird təhlükəsizliyi məsələlərinin tənzimlənməsi, şagird davranış qaydalarına riayət olunması, xüsusi halların tənzimlənməsi, məktəb-icma münasibətləri və digər məsələlərdən danışıb, müvafiq tövsiyələr verib.

İdarənin müdir müavini Anar Qədiməliyev isə payız-qış mövsümünə hazırlıq, məktəblərin təsərrüfat və təchizat məsələləri, səmərəliliyin artırılması haqqında fikirlərini bildirib, müvafiq təkliflərlə çıxış edib.

BŞTİ-nin sektor müdirləri Tural Mahmudov və Bəşarət Məmmədov elektron xidmətlər üzrə fəaliyyətlərin tənzimlənməsi, ictimaiyyətlə əlaqə işinin səmərəliliyinin artırılması və digər müvafiq məsələlərdən bəhs ediblər.

Sonra məktəb direktorları ilə bir sıra aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb, onları maraqlandıran suallara cavab verilib, müvafiq təklif və tövsiyələr səsləndirilib.

Xəbər lenti