Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) MBA proqramı nüfuzlu Sertifikatlaşdırılmış Maliyyə Analitikləri İnstitutunun (Chartered Financial Analyst - CFA) akkreditasiyasını qazanıb və institut tərəfindən tərəfdaş universitet kimi qəbul edilib.
Bu barədə universitetdən TƏHSİL.BİZ -ə məlumat verilib. Bildirilib ki, UNEC Biznes Məktəbinin Maliyyə, Qiymətli kağızlar, Risk menecmenti və Maliyyə analitikası ixtisaslaşmaları CFA proqramının tələb etdiyi Biliklər Məcmusunu (CBOK) əks etdirdiyi, CFA İnstitutunun Etik Qaydalar və Peşəkar Davranış Standartlarının tələblərinə cavab verdiyi, eləcə də tədris proqramları üzrə magistrantlarını maliyyə və investisiya sahəsində dünyanın ən nüfuzlu sertifikatı olan Sertifikatlaşdırılmış Maliyyə Analitiki kvalifikasiyasına tam hazırlaması CFA İnstitutu tərəfindən təsdiqlənib. CFA İnstitutunun tərəfdaşı olaraq hər il UNEC-in 4 magistri və 4 müəllimi hər 3 səviyyədə CFA proqramının təqaüdlərini əldə edəcəklər.