Təhsil İnstututu 2024-cü ildə təkmilləşdirilərək təsdiq olunmuş və hazırda ictimai müzakirədə olan fənlərin kurikulumlarını təqim edib.
TƏHSİL.BİZ xəbər verir ki, 2024-cü ildə yeni yazılmış bir fənn (təbiət) kurikulumu və təkmilləşdirilmiş 4 fənn (riyaziyyat, kimya, biologiya, həyat bilgisi) kurikulumu təsdiqlənib. Hal-hazırda fizika, informatika, coğrafiya, Azərbaycan tarixi, ümumi tarix və ədəbiyyat fənn kurikulumları ictimai müzakirəyə təqdim olunub.
Müvafiq keçidə daxil olmaqla fənn kurikulumları ilə tanış olmaq mümkündür: https://shorturl.at/6qAQG