Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşları İranə Axundova və Aytac Babayeva Qazaxıstanın Kenjeqali Sagadiyev adına Biznes Universitetində olublar.
Universitetdən TƏHSİL.BİZ -ə bildirilib ki, görüş zamanı universitetlərarası beynəlxalq tərəfdaşlığın prioritetləri, o cümlədən elmi proqram və layihələrin strateji məqsədləri müzakirə olunub.
Görüş çərçivəsində tələbələrin beynəlxalq təcrübə proqramlarına cəlb olunması, birgə elmi konfransların təşkili və potensial əməkdaşlığı şərtləndirən sahələrə də münasibət bildirilib. Qlobal akademik şəbəkələrdə fəal iştirak və ortaq layihələrin inkişaf etdirilməsi məsələləri günün tələbi kimi dəyərləndirilib.